Ölkə
İsraildə seçici fəallığı 74,3%-ə çatıb


İsraildə seçkilərdə iştirak səviyyəsi saat 20:00-a olan məlumata görə 74,3% təşkil edib. Bəzi şəhər və qəsəbələrdə bu göstərici 80%-ə yaxınlaşıb.
AZERFAX.AZ “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, kiçik qəsəbə olan Bat Hendə səsvermə hüququ olan şəxslərin 97,9%-i seçkiyə qatılıb. Burada ümumilikdə 423 səs verilib.
Böyük yaşayış məntəqələri arasında Rosh Haayində seçici fəallığı 79%, Rəhətdə 79,8%, Modi’in İllitdə isə 77,3% olub.
Ölkənin iri şəhərlərində göstəricilər daha aşağı qeydə alınıb. Təl-Əvivdə seçici fəallığı 63,6%, Qüdsdə 62%, Hayfada isə 59,8% təşkil edib.



