Ölkə

Putin İran böhranının həlli üçün hansı sənədə ümid edir?

Rusiya Prezidenti Vladimir Putin İran ətrafındakı münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi üçün İslamabad memorandumunun əhəmiyyətini qoruduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, Putin bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə danışıb.

Rusiya liderinin sözlərinə görə, iyun ayında Qətər və Pakistanın vasitəçiliyi ilə imzalanmış memorandum danışıqlar prosesinin irəliləməsi üçün əsas olaraq qalır. O, Rusiyanın da problemin həllinə kömək etmək üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Putin həmçinin Qətərin Fars körfəzi də daxil olmaqla müxtəlif böhranların nizamlanmasında vasitəçilik rolunu yüksək qiymətləndirib.

Rusiya prezidentinin sözlərinə görə, Moskva İran ətrafında münaqişə başlayandan bəri hərbi əməliyyatların dayandırılmasını və problemin siyasi-diplomatik yollarla həllini dəstəkləyib.

Related Articles

Bir cavab yazın

Back to top button