Ölkə
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən AZERFAX.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.