Ölkə

Məhşur film yenidən ekranlaşdırılacaq

2004-cü ildə ekranlara çıxan “Ella Enchanted” (“Sehrlənmiş Ella”) filmi yeni formatda geri qayıdır. Disney+ Geyl Karson Levinin eyniadlı romanı əsasında serial hazırlayır.

AZERFAX.AZ xəbər verir ki, yeni ekran əsərində Ella yenidən sehrli lənəti ilə mübarizə aparacaq. Bu dəfə hekayədə qəhrəmanın daxili dünyası və internat məktəbində yaşadığı hadisələr daha geniş şəkildə təqdim olunacaq.

Orijinal filmdə Ellanı canlandıran Enn Heteuey layihədə icraçı prodüser kimi iştirak edəcək. Serialın ssenarisini İlana Volpert yazır, şouranner isə Bet Şvarts olacaq.

Layihə hazırda hazırlıq mərhələsindədir. Disney+ serialının yayımlanma tarixi hələ açıqlanmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button