Ölkə
Magistraturaya qeydiyyatın vaxtı uzadıldı


Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edilib ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.



