AZERFAX TV

Trampı “oyatmaq” üçün qarnındakı “düymə”yə basdı: İddia

Amerikalı mühafizəkar fəal Ceymi Franklin ABŞ prezidenti Donald Trampı qarnındakı düymə vasitəsilə idarə etməkdə şübhəli bilinir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “X” sosial media istifadəçiləri paylaşım edib.

İddialara səbəb avqustun 10-da Oval kabinetdə keçirilən tədbirdən yayılan görüntülər olub. ABŞ Milli Səhiyyə İnstitutlarının direktoru Cey Bxattaçarinin çıxışı zamanı Tramp başını aşağı salaraq bir neçə saniyə gözlərini yumub. Bu zaman onun arxasında dayanan Franklin əlini qarnının üzərinə qoyub. Bundan dərhal sonra Tramp gözlərini açaraq dikəlib.

“X” sosial şəbəkəsinin istifadəçiləri isə görüntülərdən çıxış edərək Franklinin qarnındakı “gizli düymə”yə basdığını və bunun Trampı elektrik cərəyanı ilə “oyatdığını” iddia ediblər.

Fəal bu versiyaya yumorla cavab verib: “Mən sadəcə hamiləyəm, siz qəribəsiniz”.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button