Ölkə

Masazırda içkinin pulunu ödəmək istəmədi, kütləvi dava düşdü

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə obyektin əməkdaşları arasında mübahisə yaranıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli AZERFAX.AZ-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı E.Rzayev saxlanılıb.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button