Mbappe sevgilisi ilə yaxtada dincəlir


İspaniyanın İbiza adası dünya futbolunun ulduzu Kilian Mbappenin romantik görüntülərinə səhnə olub. “Real Madrid” və Fransa millisinin futbolçusu sevgilisi Ester Eksposito ilə birlikdə lüks yaxtada istirahət edərkən kameralara tuş gəlib.
AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı futbolçu dostlarının da qatıldığı yaxta gəzintisi zamanı sevgilisi ilə səmimi anlar yaşayıb. Cütlüyün bir-birinə sarılması və öpüşməsi diqqətdən yayınmayıb. Mbappe və Eksposito günəşin və dənizin dadını çıxarıb, yaxtada əyləncəli vaxt keçiriblər.
Futbolçu sevgilisi ilə birlikdə reaktiv xizəklə gəzintiyə də çıxıb. Yaxtada Mbappenin keçmiş komanda yoldaşı Aşraf Hakiminin də olduğu bildirilib.
Bu tətil Mbappe üçün möhtəşəm mövsümün ardından istirahət fürsəti olub. Fransa millisinin heyətində 2026-cı il dünya çempionatında 10 qol vuran ulduz futbolçu turnirin “Qızıl buts” mükafatına sahib çıxıb. O, dünya çempionatlarında ümumilikdə 22 qola çataraq turnir tarixinin ən məhsuldar futbolçusu olub.
Mbappenin Ester Eksposito ilə münasibəti son aylarda maqazin mediasının diqqət mərkəzindədir. İspan aktrisa və model olan Eksposito xüsusilə “Elite” serialındakı rolu ilə məşhurlaşıb.



