Ölkə

Milyardlarla ağac səhranı 50 ildə belə dəyişdi

Çinli alimlərin səhralaşmaya qarşı həyata keçirdiyi nəhəng ekoloji layihə yeni elmi nəticələrlə gündəmə gəlib.

AZERFAX.AZ xəbər verir ki, Qobi və Taklamakan səhralarının genişlənməsinin qarşısını almaq üçün son 50 ildə həyata keçirilən “Böyük Yaşıl Divar” layihəsi çərçivəsində təxminən 66 milyard ağac əkilib. “Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya görə, süni meşələrdə yarpaq sahəsinin artım sürəti təbii meşələrə nisbətən 66% daha yüksək olub.

Qeyd edək ki layihə 1978-ci ildə başlayıb və 2050-ci ilə qədər tamamlanması planlaşdırılır. Bəzi ağac növlərinin səhra iqliminə uyğunlaşmaması səbəbindən itkilər yaşansa da, layihə sonradan genişmiqyaslı ekoloji təşəbbüs kimi davam etdirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button