Ölkə
Misli Premyer Liqasında II tur başlayır


Misli Premyer Liqasında II turun ilk oyunları bu gün keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, turun açılış günündə iki qarşılaşma baş tutacaq. “Qəbələ” saat 18:30-da doğma meydanda “Şəfa”nı qəbul edəcək.
Günün digər matçında “Zirə” ilə “İmişli” üz-üzə gələcək. Qarşılaşma saat 20:45-də başlayacaq.
Qeyd edək ki, avrokuboklardakı çıxışla əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları təxirə salınıb. II tura avqustun 23-də yekun vurulacaq.



