Ölkə

Moskvada PUA hücumu – İki azərbaycanlı yaralanıb

Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, dron qalıqlarının düşməsi nəticəsində Şəki sakinləri İslam Süleymanov və Elnur Nəbiyev yaralanıb. Onlar 36 saylı xəstəxanaya yerləşdirilib, yaralılardan birinin evə buraxıldığı bildirilib.

Hücum zamanı ticarət mərkəzinə ciddi ziyan dəyib, azərbaycanlı sahibkarlara məxsus malların da yandığı qeyd olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button