Ölkə
Mourinyo Arda ilə bağlı bu qərarı verdi


Arda Gülər Joze Mourinyonun “Real Madrid”dəki yeni layihəsinin əsas fiqurlarından biri olacaq.
AZERFAX.AZ xəbər verir ki, Türkiyə millisinin üzvü İspaniya klubunun “Fiorentina” ilə keçirdiyi yoldaşlıq oyununda diqqət çəkən futbolçulardan olub. Start heyətində meydana çıxan Arda Gülər 87 dəqiqə meydanda qalıb. İspaniyanın “AS” nəşri futbolçunun çıxışını yüksək qiymətləndirib. Nəşr Ardanı Mourinyonun “Real Madrid”ində Məsut Özilin rolunu oynaya biləcək futbolçu kimi təqdim edib. “AS” Ardanın komandanın oyununa böyük təsir göstərdiyini və meydanda istədiyi kimi oynadığını vurğulayıb.
Qeyd edək ki, Avstriyada təşkil olunan qarşılaşmada “Real Madrid” 2:0 öndə olsa da, matç 2:2 hesabı ilə başa çatıb.



