Ölkə

“Narkotik təklif edəndə, “yox” deməyə üzüm gəlmir”

Ankaranın Etimesqut rayonunun sabiq bələdiyyə sədri Erdal Beşikçioğlunun narkotik testi ilə bağlı açıqlaması gündəm olub.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Prokurorluğunun Etimesqut Bələdiyyəsi ilə bağlı apardığı araşdırma çərçivəsində iyulun 30-da saxlanılan Beşikçioğlu daha sonra həbs edilib.

Onun barəsində cinayət törətmək məqsədilə təşkilat yaratmaq və təşkilata üzv olmaq, mənimsəmə, rüşvət, tenderə müdaxilə, öhdəliyin icrasına müdaxilə və vəzifədən sui-istifadə halları ilə bağlı araşdırma aparılır. Beşikçioğlu isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənlərə bələdiyyənin bəzi əməkdaşlarının səbəb olduğunu bildirir.

Həbsdə olan Beşikçioğlunun CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyü də bildirilir. Məlumata görə, görüş zamanı sabiq bələdiyyə sədri siyasi fəaliyyətini davam etdirmək istəmədiyini deyib.

Beşikçioğlunun “Siyasətə girdiyim üçün peşmanam. Azadlığıma qovuşsam, fəal siyasəti tərk edəcəyəm” dediyi qeyd olunur.

Araşdırma çərçivəsində Beşikçioğludan qan, sidik və saç nümunələri götürülüb. Aparılan analizlərin nəticəsində onun marixuana testinin müsbət olduğu bildirilib.

Sabiq bələdiyyə sədrinin test nəticəsi ilə bağlı verdiyi açıqlama isə xüsusi diqqət çəkib. Onun “Narkotik təklif edəndə, “yox” deməyə üzüm gəlmir” dediyi məlum olub. Bu sözlər Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button