Ölkə

NATO iki cəbhəli müharibəyə hazır deyil

NATO ölkələri Rusiya və Çinin eyni vaxtda hərbi əməliyyatlara başlaması ehtimalına qarşı tam hazırlıqlı deyil.

AZERFAX.AZ xəbər verir ki, Qərb hərbi planlaşdırıcılarının mümkün iki cəbhəli müharibə ssenarisinə dair konkret planının olmadığı bildirilir.

Bu barədə “The Atlantic” nəşri yazıb. Nəşrin məlumatına görə, mümkün ssenaridə Rusiya Şərqi Avropada NATO üzvü olan ölkəyə qarşı hərbi əməliyyata başlayarkən, Çin də Tayvana qarşı hərəkətə keçə bilər. Bu halda ABŞ eyni vaxtda iki cəbhəyə reaksiya verməli olacaq. Yaxın Şərqdə müharibənin davam etməsi isə ABŞ üçün üçüncü cəbhənin yaranmasına səbəb ola bilər.

Nəşr qeyd edir ki, Qərb son illərdə Rusiya və Çinin mümkün koordinasiyalı hücumuna dair yalnız bir neçə məhdud hərbi təlim keçirib. Hərbi ekspertlərin fikrincə, ABŞ-ın uzunmüddətli və çoxcəbhəli müharibəni davam etdirmək üçün silah ehtiyatları və istehsal imkanları kifayət qədər deyil.

“The Atlantic” yazır ki, Rusiya hərbi istehsalını genişləndirib, Çin isə hərbi-dəniz qüvvələri və uzaqmənzilli raket arsenalı baxımından ABŞ-ı qabaqlayıb. Moskva və Pekin arasında hərbi əməkdaşlığın da son illərdə gücləndiyi vurğulanır.

Məqalədə bununla yanaşı, sözügedən ssenarinin hipotetik xarakter daşıdığı və Rusiyanın və ya Çinin belə bir müharibəyə hazırlaşdığını təsdiqləyən məlumat olmadığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button