AZERFAX TV

80-ci illərin trendi payızda dəbə qayıdır

“Vogue” redaktorları 1980-ci illərdən olan və payızda yenidən dəbə qayıdacaq trendi açıqlayıblar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə jurnalın rəsmi saytda məlumat verilib.

Dəbə rəngli kolqotkalar və böyük çiyin yastıqları olan geyimlər, o cümlədən pencəklər, donlar, boğazlı koftalar və bluzlar qayıdacaq. Bundan əlavə, stilistlər “kolor-blok” texnikasına və preppi üslubundakı obrazlara diqqət yetirməyi tövsiyə edirlər.

“Preppi üslubunun həddindən artıq “düzgün” versiyasını unudun: bu gün o, cəsarət və sərbəstlik çalarları ilə yenidən qiymətləndirilir”, – deyə redaktorlar tövsiyə ediblər.

Yayda İtaliyanın “Vogue” nəşrinin redaktorları mikrotopları yay trendi adlandırmışdılar. Ekspertlərin sözlərinə görə, müxtəlif rəng və fasonlarda olan mikrotoplar aktuallaşacaq. Redaktorlar onları ətəklər, cinslər, bermudalar və idman üslubundakı qarderob əşyaları ilə geyinməyi təklif edirlər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button