Ölkə

Naxçıvanda orta aylıq nominal əməkhaqqı artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 868 manat təşkil edib.

AZERFAX.AZ xəbər verir ki. bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 % artaraq 1 175 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Related Articles

Bir cavab yazın

Back to top button