Ölkə

Nepalda təbii fəlakət: Tələfat sayı 1200-ü keçdi

Nepalda təbii fəlakət nəticəsində 1200-dən çox adam həyatını itirib.

AZERFAX.AZ xəbər verir ki, Nepal və Çinin Tibet sərhəd bölgəsində Himalay dağlarında baş verən dəhşətli buzlaq uçqunu və ardınca gələn güclü daşqınlar regionda böyük insan tələfatına və dağıntılara səbəb olub.

Bölgədən daxil olan son rəsmi məlumatlara görə, fəlakət nəticəsində həlak olanların sayı 1 250 nəfəri keçib. 4 200-dən çox şəxs isə hələ də itkin düşmüş hesab olunur. Himalay dağlarının Lanqtanq milli parkı ərazisində nəhəng buzlaq kütləsinin qoparaq çay yataqlarına tökülməsi qəfil palçıq axınları və daşqınlar yaradıb.

Fəlakət zonasında 7 500-dən çox yaşayış evi tamamilə yerlə-yeksan olub, 19 strateji körpü və infrastruktur obyektləri sıradan çıxıb. Nepal hökuməti beynəlxalq xilasetmə komandaları ilə birgə termal avadanlıqlar və dronlardan istifadə edərək axtarış-xilasetmə işlərini fasiləsiz davam etdirir. Bölgədə xəstəliklərin yayılmaması üçün təcili humanitar yardım əməliyyatlarına başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button