Nicat Dağlar: “Böyük qayıdış” proqramı yalnız köç prosesini deyil, Azərbaycanın gələcək inkişaf modelini də ortaya qoyur”

“Qarabağda bu gün sadəcə evlər tikilmir. Orada həyat yenidən qurulur. Uzun illər işğal altında qalan torpaqlarda indi yollar çəkilir, məktəblər açılır, şəhərlər “smart” texnologiyalarla yenidən formalaşdırılır. Bunu AZERFAX.az-a açıqlamasında “Azkoin” milli kriptovalyuta layihəsinin media təmsilçisi, Jurnalist Ekspert Mərkəzinin sədr müavini Nicat Dağlar deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı yalnız köç prosesini deyil, Azərbaycanın gələcək inkişaf modelini də ortaya qoyur.
“Dünyada müharibədən çıxmış bir çox bölgələr illərlə xarabalıq olaraq qalır. Azərbaycan isə Qarabağı qısa müddətdə regionun ən modern inkişaf məkanlarından birinə çevirir. Bu, həm siyasi iradənin, həm iqtisadi gücün, həm də milli birliyin göstəricisidir. Ən böyük mənzərə isə budur: İnsanlar doğma yurdlarına qayıdır. Bu, təkcə coğrafi dönüş deyil — tarixi ədalətin bərpasıdır” deyə Nicat Dağlar əlavə edib.



