Ölkə

Oman sahillərində böyük neft sızıntısı

Oman sahillərində iyun ayından bəri hərəkətsiz vəziyyətdə qalan tankerdən sızan xam neft sahilə çataraq geniş ərazini çirkləndirib.

AZERFAX.AZ xəbər verir ki, Oman Ətraf Mühit İdarəsinin məlumatına görə, neft dağılması Ras Madrakah sahili boyunca təxminən 40 kilometrlik əraziyə yayılıb. Qurum çirklənmənin yaxın saatlarda Masirah adasının cənub sahillərinə də çatacağını və əlavə 10-20 kilometrlik ərazini əhatə edə biləcəyini açıqlayıb. Sızıntının ümumi sahəsinin yüzlərlə kvadrat kilometrə çatdığı bildirilir. Çirklənmə xüsusilə dəniz tısbağaları və digər canlıların məskunlaşdığı qorunan ərazilər üçün ciddi təhlükə yaradıb. Xüsusi qruplar həssas ərazilərdə neftin daha geniş yayılmasının qarşısını almaq üçün monitorinq və təmizləmə işləri aparır.

Tankerin iyun ayında baş verən şübhəli partlayışdan sonra hərəkətsiz qaldığı qeyd edilir. Gəminin Rusiyanın neft daşıyan və sanksiyalardan yayınmaq üçün istifadə edilən kölgə donanmasına aid olduğu ehtimal olunur.

Related Articles

Bir cavab yazın

Back to top button