Pakistan Hindistana nota verdi


İslamabad, Pakistan və Hindistan hərbi gəmilərinin Ərəbistan dənizində toqquşması ilə bağlı Yeni Dehliyə etiraz notası göndərib.
AZERFAX.AZ xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyi Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkilini çağıraraq hadisəyə etirazını bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistan Hərbi Dəniz Qüvvələrinin “SEASPARK-26” təlimi zamanı Hindistan donanmasına məxsus gəmi Pakistanın müstəsna iqtisadi zonasında hərbi gəmiyə təhlükəli şəkildə yaxınlaşıb. Bildirilir ki,Hindistan gəmisi aqressiv manevrlər edib və nəticədə iki gəmi arasında təmas baş verib.
Hindistan Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı fərqli mövqe açıqlayıb. Yeni Dehlinin açıqlamasında Pakistan donanmasının qəbuledilməz və qeyri-peşəkar davranışının toqquşmaya səbəb olduğu bildirilib.
Qeyd edək ki, hər iki tərəf hadisə ilə bağlı qarşılıqlı etirazını diplomatik kanallarla çatdırıb.



