Ölkə
Pul qapıları açılır – Bu bürclər varlanacaq


Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün gözlənilməz maliyyə imkanları yaranacaq.
AZERFAX.AZ xəbər verir ki, Balıqlar, Oğlaq və Qız bürclərini gəlir artımı və yeni qazanc fürsətləri gözləyir.
Balıqlar
Merkurinin müsbət tranziti Balıqlar üçün gözlənilməz gəlir qapıları açacaq. Sərmayələrdən, maliyyə sazişlərindən və yaradıcı layihələrdən qazanc əldə etmək mümkündür.
Oğlaq
Ayın tranziti Oğlaqların peşəkar fəaliyyətinin yüksək qiymətləndirilməsinə şərait yaradacaq. Karyerada yüksəliş və maaş artımı ilə yanaşı, böyük layihələrdən də gəlir əldə etmək mümkündür.
Qız
Günəşin Qız bürcündən keçidi yeni maliyyə imkanlarını üzə çıxaracaq. Əvvəllər əhəmiyyətsiz görünən fürsət yeni biznes sövdələşməsi və əlavə gəlir mənbəyinə çevrilə bilər.



