“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı – YENİLƏNİB


“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
AZERFAX.AZ xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borges açıb. Buna baxmayaraq, 2 qol vuran “Tvente” matçın əlavə vaxta getməsinə nail olub. Qonaqların heyətində Marko Pyatsa (79) və Maks Brüns (90+2) fərqləniblər. Əlavə vaxtda daha 2 dəfə “Qarabağ”ın qapısına yol tapan Ensxede təmsilçisi yekun hesabı müəyyənləşdirib. Bu dəfə Vaut Veqorst (94) və Yunes Taha (114) adlarını tabloya yazdırıblar.
Matçın 106-cı dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
22:11
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçirilən pley-off mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün əsas vaxtı rəqibin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
İlk matçda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazandığından ümumi hesab bərabərləşib – 2:2. Bu səbəbdən qalib ya əlavə vaxtda, ya da penaltilər seriyasında müəyyənləşəcək.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” – “Tvente” qarşılaşmasında hesab dəyişib.
AZERFAX.AZ xəbər verir ki,, oyuna əlavə olunmuş ikinci dəqiqədə “Tvente” daha bir qol vuraraq hesabı 1:2 edib.
21.58
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Mətbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 59-cu dəqiqəsində qolu Ağdam təmsilçisinin heyətində Kadi Borges vurub – 1:0.
21:19
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Metbuat az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısından sonra hesab açılmayıb – 0:0.
21:05
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısında hesab açılmayıb – 0:0.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Tvente” qarşılaşması başlayıb
AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.
19.25
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və Niderlandın “Tvente” komandalarının start heyətləri açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
“Tvente”: Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.


