AZERFAX TV
Laçında icra nümayəndəsi vəfat etdi

Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Manafov Niftalı Möhübbət oğlu vəfat edib.
AZERFAX.AZ Teleqraf-ın Qarabağ bürosuna istinadla xəbər verir ki, əslən Laçın rayonunun Xaçınyalı kəndindən olan, 1978-ci il təvəllüdlü N.Manafov Bakı şəhərində qardaşının evində insult keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



