Ölkə

“Qarabağ” yarımfinala vəsiqə qazandı


“Qarabağ” futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.


AZERFAX.AZ xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda “Səbail”lə üz-üzə gəlib.

Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. 13-cü dəqiqədə “köhlən atlar”ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə “dənizçilər”də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.

Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi – 1:0.

“Qarabağ” yarımfinalda “Zirə” – “Araz-Naxçıvan” (ilk oyun 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün saat 19:30-da “Sumqayıt” – “Sabah” qarşılaşması start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button