Ölkə

Qrenlandiyanın təhlükəsizliyini NATO təmin edəcək

Danimarka ABŞ ilə Qrenlandiya məsələsində əldə olunan razılaşma barədə açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin sözlərinə görə, razılaşma çərçivəsində Arktika bölgəsinin təhlükəsizliyini böyük ölçüdə NATO təmin edəcək. Nazir ABŞ ilə Qrenlandiyanın daimi təhlükəsizlik nəzarəti ilə bağlı əldə olunan anlaşmadan məmnunluğunu ifadə edib. “Arktika bölgəsi ilə böyük ölçüdə NATO maraqlanacaq”, – deyə o vurğulayıb. Danimarkalı nazir razılaşmanın detalları barədə əlavə məlumat vermək istəməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Danimarka ilə Qrenlandiya məsələsində razılaşma əldə etdiklərini açıqlamışdı. 56 min əhalisi olan Qrenlandiya Donald Trampın ABŞ-nin ada üzərində nəzarət yaratmalı olduğu barədə açıqlamaları səbəbindən Vaşinqton, Kopenhagen və Brüssel arasında gərginliyə səbəb olmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button