Ölkə
Ramil Şeydayevin yeni klubu açıqlandı


Rusiyanın “Şoçi” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinib.



