AZERFAX TV
Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı

Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədova vəzifəsindən azad olunub.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, N.Məmmova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
N.Məmmova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
O, 2025-ci ilin avqust ayından Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsində çalışıb.



