Ölkə
Renessans dövrünə aid 4 rəsm əsəri oğurlandı


Siciliyada yerləşən muzeydən məşhur italyan rəssamı Antonello da Messinaya aid dörd rəsm əsəri oğurlanıb.
AZERFAX.AZ xəbər verir ki, Regional Muzeyin məlumatına görə, naməlum şəxslər dünən axşam muzeyə daxil olaraq təhlükəsizlik sistemini və siqnalizasiyanı söndürüblər. Daha sonra rəsm əsərlərini muzeydən çıxarıblar.
Oğurlanan əsərlərdən birinin zirehli şüşə ilə qorunan vitrininin açılaraq götürüldüyü bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Oğurlanan sənət əsərlərinin axtarışı davam etdirilir.



