Ölkə
Ronaldo və Corcina nikahdan əvvəl müqavilə imzalayıblar


Kriştiano Ronaldo ilə Corcina Rodrqesin nikaha girməzdən əvvəl müqavilə imzaladıqları məlum olub.
AZERFAX.AZ xəbər verir ki, cütlüyün toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzaladığı bildirilir. Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduqları əmlakı özlərində saxlayacaqlar. Nikahdan sonra əldə edilən əmlak isə kimin adına rəsmiləşdirilibsə, həmin şəxsə məxsus olacaq. Razılaşmaya əsasən birgə alınan əmlak isə hər iki tərəfin mülkiyyəti hesab ediləcək.
Nikah şəhadətnaməsində cütlüyün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində daimi yaşadığı qeyd olunub. Onlar nikahdan sonra soyadlarını dəyişməyiblər.



