Ölkə

Rusiya Çernomorskda iki yük gəmisini vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çornomorsk limanında hərbi təyinatlı yük daşıdığı bildirilən iki quru yük gəmisinə zərbə endirib.

AZERFAX.AZ-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin iddiasına görə, gəmilər Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan döyüş sursatı və hərbi texnika daşıyıb. Həmçinin Ukrayna ordusunun təminatı üçün istifadə olunan yanacaq və sürtkü materiallarının saxlandığı obyektin də məhv edildiyi bildirilib.

Məlumatın nəticələri və zərbənin miqyası ilə bağlı Ukrayna tərəfinin açıqlaması və müstəqil təsdiqi barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button