Ölkə
Rusiya Ukraynaya 1500-ə yaxın dron atdı


Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanı davamlı zəiflətməyə çalışır.
AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiya son dörd gündə Ukraynaya müxtəlif tipli 1500-ə yaxın dron buraxıb. Onların təxminən 800-ü reaktiv “Şahed”lər olub.
Zelenski reaktiv dronların zərərsizləşdirilməsinin ən mürəkkəb vəzifə olaraq qaldığını, hazırda bu işin əsasən Ukraynanın döyüş təyyarələri tərəfindən həyata keçirildiyini deyib.



