Ölkə
Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirildi

Sankt Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.
Müdafiə Nazirliyindən AZERFAX.AZ-a verilən məlumata görə, Fövqəladə və Səlahiyyətli səfir R.Mustafayev hərbi qulluqçularla Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də beynəlxalq və regional proseslərdə ölkəmizin mövqeyi barədə geniş söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.
Baş Konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin və hərbi attaşe polkovnik Kənan Təhməzovun da iştirak etdiyi görüş zamanı Azərbaycan nümayəndə heyəti zabit və kursantlarımızın məişət şəraiti və təhsil prosesi ilə yaxından tanış olublar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.