Rusiyada “WhatsApp” cərimələndi – İstifadəçi hüquqlarını pozub

Rusiya “WhatsApp”a cərimə tətbiq etdi.
AZERFAX.AZ xəbər verir ki, “WhatsApp”a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə hesab edib ki, “WhatsApp” Rusiyada istifadəçilərin məlumatlarını lokallaşdırmayıb. Məhkəmə “WhatsApp”ın istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və şirkətə 17 milyon rubl cərimə ödəməyə məcbur edib. Həmçinin, Rusiyada “WhatsApp”la yanaşı, “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
Qeyd edək ki, Rusiya bundan əvvəl “Google” şirkətini 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimələyib. Buna səbəb Rusiyada “Google” şirkətinin bəzi məzmunlara girişi qadağan etməməsidir. Əvvəllər ölkədə oxşar səbəblərdən “Apple”, “TikTok” və “Telegram” kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.