Ölkə

Səhranın ortasında 300 milyon litrlik süni göl yaradıldı

Misirin Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində səhranın ortasında salınan nəhəng süni lagün diqqət çəkir.

AZERFAX.AZ xəbər verir ki, “Citystars Sharm El Sheikh” kompleksində yerləşən lagünün sahəsi 11,29 hektardır və burada təxminən 300 milyon litr su toplanır. Məlumata görə, təxminən 740 metr uzunluğunda olan lagünün doldurulması üçün içməli sudan deyil, yeraltı duzlu akviferlərdən çıxarılan sudan istifadə olunur. Yüksək güclü nasoslarla aparılan prosesin tamamlanması təxminən 22 gün çəkir. Nəhəng su hövzəsinin ərazisi təxminən 24 futbol meydançasına bərabərdir. Bildirilir ki, nəhəng suni gölün ətrafında ağ qumlu sahələr və yaşıllıq salınaraq səhranın ortasında tropik çimərlik görüntüsü yaradılıb. Su hövzəsindən kompleksin sakinləri və qonaqları istirahət və əyləncə məqsədilə istifadə edirlər.

Bildirilir ki, suni göl otellər, yaşayış binaları, marinalar, alış-veriş məkanları və qolf sahələrinin yer aldığı böyük kompleksin mərkəzində yerləşir. Layihə səhranın ortasında nəhəng su hövzəsi yaradılması ilə bölgənin ən diqqətçəkən mühəndislik layihələrindən biri hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button