Səhraya dönən adada möcüzə – Təbiət canlandı


Karib dənizində yerləşən Redonda adası illər ərzində nəzarətsiz şəkildə çoxalan siçan və vəhşi keçilər səbəbindən demək olar ki, səhraya çevrilmişdi. Antiqva və Barbuda ərazisinə daxil olan adada həyata keçirilən genişmiqyaslı bərpa layihəsindən sonra isə vəziyyət tamamilə dəyişib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildə başlayan layihə çərçivəsində adadakı invaziv siçan və vəhşi keçilərin sayı sıfıra endirilib. Bunun nəticəsində bitki örtüyü sürətlə bərpa olunmağa başlayıb.
2023-cü ilin məlumatlarına görə, adadakı ümumi bitki örtüyünün biokütləsi 2 000 faizdən çox artıb. Eyni zamanda, 15 növ quru quşu yenidən adaya qayıdıb, bəzi nadir sürünənlərin sayı isə dəfələrlə çoxalıb.
Təbiətin bərpası eroziyanın qarşısını da alıb. Ağac və kolların yenidən kök salması torpağın dənizə axmasının qarşısını alaraq ətrafdakı dəniz ekosisteminin də canlanmasına şərait yaradıb.



