Səudiyyə bazara əlavə neft çıxarır

Səudiyyə Ərəbistanı neft ixracını ABŞ və İsrailin İranla müharibəsindən əvvəlki səviyyəyə yaxınlaşdırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” gəmilərin izlənməsi məlumatlarına istinadən yazır.
Məlumata görə, son 6 gündə Səudiyyə Ərəbistanının neft tədarükü sutkada 6,3 milyon barelə çatıb. İyun ayında bu göstərici orta hesabla 4,45 milyon barel olub.
Bildirilir ki, tədarükçülər Ras-Tanura terminalından əvvəlki həcmin təxminən 90 faizini yükləyiblər.
Qeyd olunur ki, BƏƏ də iyun ayında neft ixracını münaqişədən əvvəlki səviyyəyə — sutkada 3,9 milyon bareldən yuxarı həddə bərpa edib. ABŞ rəsmilərinin məlumatına görə, razılaşmadan sonra Hörmüz boğazı vasitəsilə neft tədarükü sutkada 10 milyon bareldən çox olub.
“JPMorgan Chase & Co”nun xammal bazarları üzrə araşdırmalar rəhbəri Nataşa Kaneva bildirib ki, bazara böyük həcmdə neft daxil olmaq üzrədir və bu artım hələlik əlavə təklifə ehtiyacı olmayan bazarla üz-üzə qala bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



