Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
AZERFAX.AZ xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.