Ölkə

“Sabah” ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

AZERFAX.AZ xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb. Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub – 6:4.

23.15

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda əlavə vaxt oynanılır.

AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə “Sabah” 4-cü topu rəqib qapısından keçirib. Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina fərqlənib

22.45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda dördüncü qol vurulub.

AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 74-cü dəqiqəsində Sabah”dan Umarali Raxmonaliyev fərqlənib – 2:2.

22.20

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda üçüncü qol vurulub.

AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 61-ci dəqiqəsində “Hapoel” komandası önə keçib. Qay Mizrahi fərqlənib – 2:1.

21.28

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda hesab açılıb.

AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 10-cu dəqiqəsində rəqibin heyətində İqor Zlatanoviç fərqlənib – 1:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21.20

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.

Mətbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

20.18

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşmasının start heyətləri açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Hapoel”: Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst, İqor Zlatanoviç.

Baş məşqçi: Ran Kojux.

“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lens Mikels.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel” matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button