Ölkə
Sabah qaz kəsiləcək – Bu ərazilərdə

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilə yaranacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Masallı rayonunun Bədəlan kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



