Ölkə
Şabranda yol qəzasında sərnişin və sürücü öldü


Şabran rayonunda ölümlə nəticələnən yolqəzası baş verib.
AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.



