Saçları çirkli suya atdılar, nəticə alimləri təəccübləndirdi


Alimlər insan saçının ətraf mühitin çirklənməsinə qarşı mübarizədə effektiv vasitə ola biləcəyini müəyyən ediblər.
AZERFAX.AZ xəbər verir ki, aparılan araşdırmalar zamanı insan saçının suya qarışmış dizel yanacağını yüksək miqdarda özünə çəkə bildiyi məlum olub.
Təcrübələr göstərib ki, cəmi 1 qram insan saçı 4,95 qrama qədər dizel yanacağını tuta bilir. Maraqlıdır ki, bu prosesin böyük hissəsi bir neçə dəqiqə ərzində baş verir.
Mütəxəssislər bunu saçın tərkibindəki keratin və onun səth xüsusiyyətləri ilə əlaqələndirirlər. Saç telləri suyu nisbətən zəif, yağlı maddələri isə daha asan özünə çəkir.
Alimlərin fikrincə, bərbərxanalarda tullantı kimi atılan saçlar gələcəkdə neft və yanacaq sızmalarının təmizlənməsində istifadə oluna bilər.
Hazırda bu üsulun praktik tətbiq imkanları araşdırılır. Nəticələr təsdiqini taparsa, insan saçı su hövzələrinin çirklənməsinə qarşı mübarizədə ucuz və təkrar istifadə edilə bilən təbii materiallardan birinə çevrilə bilər.



