Ölkə
Şamaxıda avtomobil dərəyə aşdı – Ölən var


Şamaxı-Piriqulu avtomobil yolunda minik maşını dərəyə yuvarlanıb.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



