Samuxda kütləvi zəhərlənmə oldu – YENİLƏNİB


Samux rayonunda ət məhsulundan zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı daha 4 nəfər gətirilib.
Həmin şəxslər 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974 cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984 cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Bununla da zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb.
TƏBİB-dən bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti stabildir: “Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.
09:20
Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.
Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.



