Ölkə

“Tesla” robot istehsalını artırmaqda çətinlik çəkir

“Tesla” insanabənzər “Optimus” robotlarının istehsalını artırmağa çalışsa da, robotun əlləri, sensorları, süni intellekt sistemi və istehsal xətti ilə bağlı problemlərlə üzləşib.

AZERFAX.AZ “The Information”ıa istinadən xəbər verir ki, şirkət 2026-cı ilin sonuna qədər həftədə 1 000-dən çox “Optimus” istehsal etməyi hədəfləyir. Hazırda isə həftəlik istehsalın yüzlərlə robot olduğu bildirilir.

Yeni nəsil “Optimus V3”ün istehsalında bəzi hissələrin tələb olunan dəqiqliklə birləşdirilməsində problemlər yaranır. Robotun əlləri də əsas çətinliklərdən biridir. Əl və ön qol hissələri 100-dən çox kiçik komponentdən ibarətdir və onların bir hissəsi işçilər tərəfindən əl ilə yığılır. Toxunma sensorlarının etibarlılığı ilə bağlı problemlər də qalır.

Süni intellekt sistemi isə hələ robotun müxtəlif tapşırıqları tam müstəqil yerinə yetirməsinə imkan vermir. “Tesla” robotların öyrədilməsi üçün işçilərin hərəkətlərindən məlumat toplayır. Lakin bəzi əməkdaşların gələcəkdə “Optimus”un onların işlərini əvəz edə biləcəyindən narahat olduqları bildirilir.

Şirkət həmçinin robotun bəzi komponentləri üzrə Çinli təchizatçılardan asılılığını davam etdirir. “Tesla”nın qarşısında əsas vəzifə “Optimus”un istehsalını artırmaqla yanaşı, robotun müxtəlif işləri təhlükəsiz və aşağı xərclə yerinə yetirməsini təmin etməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button