AZERFAX TV

Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı

Keçmiş həbsxana həkimi Turgay Tamer İstanbulda yaşadığı evdə ölü tapılıb.

AZERFAX.AZ xəbər verir ki, hadisə İstanbulun Büyükçekmece rayonunda baş verib.

Tamerin 12 gün əvvəl xaricə gedən həyat yoldaşı Marina Tamer evə qayıdarkən ərini yerdə hərəkətsiz vəziyyətdə aşkar edib. Hadisə yerinə gələn polis əməkdaşlarının keçirdiyi ilkin araşdırmadan sonra Tamerin ölümü şübhəli hesab olunub.

Keçmiş həkimin meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna göndərilib.

Qeyd edək ki, Turgay Tamer daha əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həbsxanada müəmmalı şəkildə vəfat edən əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində saxlanılıb. O, daha sonra sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button