Ölkə
Tovuzda “VAZ” traktora çırpılıb: Yaralı var


Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb .
AZERFAX.AZ xəbər verir ki, hadisə Köhnəqala kəndi ərazisində baş verib. İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində 34 yaşlı Mingəçevir sakini Elzamin Heydərov xəsarət alıb. Yaralı tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.



