Ölkə

Türk ulduz iddialı danışdı: “Zidandan qorxmuruq”

Millətlər Liqasının seçmə oyunları çərçivəsində sabah Türkiyə yığma komandası Fransa millisini qəbul edəcək.

AZERFAX.AZ xəbər verir ki, ay-ulduzlu komandanın təcrübəli futbolçusu Salih Özçan meydana qələbə üçün çıxacaqlarını bildirib. Ulduz futbolçu rəqibdən çəkinmədiklərini deyib: “Əhval-ruhiyyəmiz çox yüksəkdir. Komandamız peşəkar futbolçulardan təşkil olunub. Fransanı məğlub etməyə qadirik”.

Salih Özcan Fransa yığmasının baş məşqçisi Zinəddin Zidanın təcrübəli mütəxəssis olduğunu vurğulayıb. Qeyd edib ki, dünya ulduzlarından təşkil olunan Fransa millisi ilə qarşılaşma əsl futbol bayramına çevriləcək: “Zidandan qorxmuruq. Meydana rəqibi məğlub etmək üçün çıxacağıq. Sabah qələbə bizim olacaq. Hamılıqla buna inanırıq”.

Related Articles

Bir cavab yazın

Back to top button