Ölkə
Türkiyə İtaliyaya uduzdu – 38 illik antirekord təkrarlandı


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Türkiyə millisi səfərdə İtaliyaya 1:3 hesabı ilə məğlub olub.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşmada İtaliyanın qollarına 26-cı dəqiqədə Canluka Skamakka, 65-ci dəqiqədə Rikkardo Kalafyori və 87-ci dəqiqədə Pio Esposito imza atıb. Türkiyə millisində isə 61-ci dəqiqədə Aral Şimşir fərqlənib. Aral Şimşir milli komandanın heyətində ilk qolunu vurub.
Qeyd edək ki, bu nəticə ilə Türkiyə millisi 1988-ci ildən sonra ilk dəfə ardıcıl dörd oyunda məğlubiyyət yaşayıb.



