Ölkə

Türkiyə MN-dən Azərbaycana: “Birlikdə güclü, birlikdə qardaşıq”

Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 19 Sentyabr – Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.

“Birlikdə güclü, birlikdə qardaşıq.

Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük”, – paylaşımda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button