Ölkə

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya düşüb.

AZERFAX.AZ xəbər verir ki, AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxdıqdan qısa müddət sonra qəza edib.

Hadisədən sonra ərazidə helikopterin qalıqları aşkarlanıb. Hazırda qəza yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın başvermə səbəbi, eləcə də ölən və yaralananların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button